“Səhiyyə Nazirliyinin böyük dəstəyi ilə hazırda Talassemiya Mərkəzində təmir-tikinti işləri aparılır. Artıq təmir işləri bitmək üzrədir. Bu aydan etibarən Transplantasiya Mərkəzi yeni təmirdən çıxmış vəziyyətdə fəaliyyət göstərəcək”.
E-saglam.az xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktor müavini Səhər İsmayılova bildirib.
S.İsmayılova təmirdən sonra Talassemiya Mərkəzində sümük iliyi transplantasiyasına aid palataların sayının 5-dən 6-ya qədər artırıldığını qeyd edib.
“Təmirdən sonra həm böyüklər, həm də pediatrik xəstələr üçün stasionar şöbə yaradılıb, intensiv terapiya və reanimasiya şöbəsinin açılışı planlaşdırılır”, - deyə direktor müavini vurğulayıb.