"Sup” iç, a bala, yoxsa mədən korlanacaq”. Yəqin ki bu fikir çoxumuza tanışdır. Bizdə belə bir fikir var ki, sulu yemək yeməyəndə mədə korlanır.
Bəs görəsən, "sup" içməyəndə mədə həqiqətən korlanır?
“Sup” içməyəndə mədə korlanmır, “sup” mədəni qorumur.
Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.
Onun sözlərinə görə, uşaq və ya böyük fərq etməz, "mütləq sup içmək lazımdır" - deyə bir şey yoxdur. " “Sup” içməmək yox, istəmədən yedirilən yemək uşağa xeyirsizdir. Ürəkləri bulana-bulana içirilən şorba onlara lazım deyil. Onsuz da bəzi valideynlər o “supa” çörək qatıb, püreyə çevirirlər. Normal miqdarda su içmək kifayət edir. Bütün növ qidaları isə uşağa onun sevdiyi şəkildə yedirməyə çalışın".
Könül Oruc