Tibbi xəbərlər
Sünnət əməliyyatı
Tibbi xəbərlər
261

Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq

Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

Bu barədə E-saglam.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

İcbari tibbi sığorta hesabına təminata alınan sünnət cinsiyyət orqanı xərçənginin riskini azaldır. Cərrahi prosedur sayılan sirkumsiziya (sünnət) əməliyyatı cinsiyyət orqanının (pülüyün) üzərində və onu əhatələyən dəridən bir hissəsinin kəsilib çıxarılmasıdır. Prosedur icbari tibbi sığorta hesabına tibbi göstəriş əsasında həyata keçirilir. Prosedur zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır.

Sünnət olunmazdan əvvəl bir sıra tibbi müayinələrdən keçmək lazımdır. Ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün ixtisaslı həkim müayinəsi, əlavə olaraq qanın ümumi və bəzi infeksion xəstəliklərin analizi, koaquloqramma (qanın laxtalanması) yoxlanılır. Əməliyyat önü müayinə, laborator analizlər, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun