Tibbi xəbərlər
Süni intellektlə işləyən stetoskop 15 saniyədə
Tibbi xəbərlər
150

Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur

Londonda alimlər süni intellektlə işləyən yeni stetoskop hazırlayıblar. Bu cihaz cəmi 15 saniyəyə ürək çatışmazlığını, ürək qapağı xəstəliklərini və ritm pozuntularını müəyyən edə bilir.

E-saglam.az xəbər verir ki, ənənəvi stetoskopdan fərqli olaraq, yeni cihaz həm ürək döyüntülərini, həm də qan axınını analiz edir və sürətli EKQ çəkir. Toplanan məlumat süni intellekt tərəfindən yoxlanılır və nəticə dərhal həkimin telefonuna göndərilir.

Sınaqlar zamanı cihazdan istifadə olunan xəstələrdə ürək xəstəlikləri adi müayinələrlə müqayisədə 2-3 dəfə daha çox aşkar olunub.

Mütəxəssislər bildirir ki, bu texnologiya ürək xəstəliklərinin daha erkən aşkar edilməsinə kömək edəcək və insanların vaxtında müalicə almasına imkan yaradacaq.

Valyuta.az

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun