Mütəxəssislər süni intellektdən psixoloq kimi istifadənin təhlükələrinə diqqət çəkiblər.
E-saglam.az xəbər verir ki, SƏTƏM Sağlamlıq və Rifahın Sübutlara Əsaslanan Psixologiyası Laboratoriyasının araşdırmasına görə, çatbotlardan psixoloji dəstək kimi istifadə etmək bir sıra risklər yaradır.
Tədqiqatçılar bildirirlər ki, süni intellekt istənilən vaxt cavab verə bilsə də, həssas məqamlarda istifadəçiyə yanlış, qeyri-peşəkar və yaxud riskli məsləhətlər təqdim edə bilər. Mütəxəssislərin sözlərinə görə, yaxşı terapiyanı pis praktikadan ayırmaq xüsusi bilik və təcrübə tələb edir, bu isə istifadəçilərdə olmaya bilər.
Araşdırmada həmçinin qeyd edilir ki, psixoloqun rolu xüsusi peşə məsuliyyəti və etik çərçivələrlə müəyyən olunur. Süni intellekt isə istifadəçi ilə əlaqəni saxlamaq və onu platformada tutmaq üçün yaradılıb, bu isə terapevt–pasiyent münasibəti ilə uyğun gəlmir.
Mütəxəssislər vurğulayırlar ki, psixoloji dəstək üçün etibarlı yeganə yol sertifikatlı mütəxəssisə müraciət etməkdir.
Tərcümə: Könül Oruc