Tibbi xəbərlər
Süni intellekt tibb işçilərinə kömək edəcək
Tibbi xəbərlər
703

Süni intellekt tibb işçilərinə kömək edəcək

Həkimlərə müalicələrdə üstünlük veriləcək optimal cərrahi prosesi müəyyənləşdirməyə kömək edən “Rəqəmsal əkiz” texnologiyası yaxın gələcəkdə bütün bədənə tətbiq oluna bilən bir xidmətə çevrilmək iqtidarındadır.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayımlayıb.

Con Hopkins Universitetinin biotibbi mühəndisliyi professoru Nataliya Trayanova komandası ilə birlikdə yaratdığı rəqəmsal ürək nüsxəsi üzərində çoxsaylı təcrübələr aparıb. O bildirib ki, müalicədə üstünlük veriləcək optimal cərrahi proses xəstəyə zərər vermədən müəyyən edilə bilər. Onların ürək ritminin pozulduğu 80 yaşlı xəstənin maqnit rezonans görüntülərindən (MRT) istifadə edərək yaratdıqları üçölçülü model cərrahi əməliyyatın uğurlu nəticələrini dəqiq proqnozlaşdırıb.

Tədqiqatçıların fikrincə, sənaye istehsal proseslərində məhsulun optimallaşdırılması üçün geniş istifadə olunan bu texnologiyanın səhiyyə sahəsinə uyğunlaşdırılmasında çətinliklər arasındadır. Bunlara hüceyrələrin üçölçülü modelləşdirilməsində texniki çətinliklər, geyilə bilən sağlamlıq texnologiyalarının gətirdiyi məxfilik problemləri və inkişaf prosesində süni intellektin səhv müəyyənləşdirilməsi daxildir. Digər tərəfdən, məqsəd bütün bədəni xəritələşdirmək üçün özəl və dövlət investisiyaları ilə dəstəklənən texnologiyanı inkişaf etdirmək və geniş auditoriyaya təklif olunan xidmətə çevrilməkdir.

2023-cü ildə qlobal miqyasda 1,6 milyard dollar dəyərində olan tibdə “rəqəmsal əkiz texnologiya” tətbiqləri - elm və texnologiya sahəsində investisiya araşdırmaları aparan şirkət – “MarketsandMarkets”in hesabatına görə, önümüzdəki 10 ildə bazar həcmini davamlı olaraq artıracaq və 2028-ci ildə 21,1 milyard dollar dəyərə çatacaq.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun