Tibbi xəbərlər
"Süni intellekt bu xəstəliklərin ilk dərmanlarını bu il hazırlaya bilər" -
Tibbi xəbərlər
310

"Süni intellekt bu xəstəliklərin ilk dərmanlarını bu il hazırlaya bilər" - Nobel mükafatçısı

"Xərçəng, ürək-damar və ya neyrodejenerativ xəstəliklər üçün süni intellektdən istifadə edilməklə hazırlanmış dərman 2025-ci ilin sonuna qədər ortaya çıxa bilər".

E-saglam.az Valyuta.az-a istinadən xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində kimya üzrə 2024-cü il Nobel mükafatı laureatı, İzomorfik Laboratoriyaların yaradıcısı Demis Hassabis deyib.

"Biz onkologiya, ürək-damar xəstəlikləri, neyrodegenerasiya, bütün əsas xəstəlik sahələrinə baxırıq və düşünürəm ki, bu ilin sonuna qədər ilk dərmanımız olacaq", deyə həkim bildirib.

Hassabis vurğulayıb ki, bir dərman hazırlamaq üçün adətən orta hesabla beş-on il vaxt lazımdır. O, süni intellektin bu prosesi 10 dəfə sürətləndirə biləcəyini və bunun səhiyyədə inanılmaz inqilab olacağını söyləyib.

Yanvarın 20-də bildirilib ki, “InSilico Medicine” biotexnoloji şirkətinin çinli alimləri anemiyanın müalicəsi üçün yeni dərman kəşf ediblər. Yenilik Chemistry42-nin 40-dan çox AI modelindən ibarət süni intellektlə işləyən platforması sayəsində mümkün olub. Siçovullar üzərində aparılan sınaqlar göstərib ki, əldə edilən maddə gəmiricilərdə anemiya əlamətlərini yüngülləşdirib. Bundan əlavə, sintez etmək nisbətən asandır.

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun