Tibbi xəbərlər
Sumqayıtda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb
Tibbi xəbərlər
205

Sumqayıtda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

E-saglam.az xəbər verir ki, Sumqayıt şəhər Narkoloji Dispanserdən “Report”un yerli bürosuna bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 4 806 nəfərdir.

Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 3418 nəfər təşkil edir. Onlardan 93 nəfəri qadındır.

Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1397 nəfərdir. Onların 10-u zərif cinsin nümayəndəsidir.

Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun