Sumqayıt Tibb Mərkəzinin nəzdində olan mərkəzi aptek 48 nəfər qazini hər ay bütün psixoaktiv preparatlarla təmin edir.
Bu barədə E-saglam.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzi 2022-ci ilin fevral ayından bu günə kimi 5390 şəhid, qazi və onların ailə üzvlərinə və müharibə iştirakçılarına tibbi xidmət göstərib.
Onlardan 1193 nəfəri şəhid ailələrinin üzvləridir.
Məlumata görə, 2022-ci ilin fevral ayından bu günədək qazi və şəhid ailələrinin üzvləri olan 170 nəfər Sumqayıt Tibb Mərkəzində işlə təmin olunub.