Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.
E-saglam.az xəbər verir ki, hadisə ötən gün saat 08:00 radələrində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Sevil Almurad qızı Səlimova yaşadığı evdə təbii doğuş edib.
Ev şəraitində baş verən doğuş zamanı körpə ölüb.
Məsələ ilə bağlı TƏBİB-dən “Report”a bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:
“Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq, həkimə qədər ölüm faktı qeydə alınıb.”
Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.