Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında mürəkkəb əməliyyatların icrasına daha bir uğurlu əməliyyat əlavə olunub. Belə ki, anadangəlmə anal atreziya rektouretral fistula diaqnozu ilə doğulan 3 aylıq uşaq STM-in Uşaq Xəstəxanasına yerləşdirilib.
Mərkəzdən E-saglam.az-a bildirilib ki, uşağa zəruri tibbi xidmətlər göstərilib və əməliyyat edilməsinə qərar verilib. Uşaq cərrahiyyəsinin ağır əməliyyatlarından biri olan anal atreziyanın ləğvi Uşaq Xəstəxanasının uzman cərrahı Araz Hüseynov və cərrah Elnur İsgəndərov tərəfindən icra edilib. Əməliyyat uğurla başa çatıb.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinin ən müasir tibbi avadanlıqla təchiz olunması, cərrahiyyənin bütün sahələrində təcrübəli həkimlərimiz tərəfindən mürəkkəb əməliyyatların icra olunmasını mümkün edir.