Tibbi xəbərlər
Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı
Tibbi xəbərlər
1039

Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub

Sumqayıt Tibb Mərkəzində tibbi xidmət çeşidlərinin artırılması istiqamətində növbəti addım atılıb.

E-saglam.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Elnur Azadxanov bildirib.

O qeyd edib ki, bu gün 2 nömrəli Xəstəxanada ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb:

“Qadın pasiyent üzərində həyata keçirilən sağ diz oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutub.

Əməliyyat travmatoloq-ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev tərəfindən həyata keçirilib. Bu tip cərrahi ortopedik əməliyyatların başlanılması endoprotezləşmə üçün digər müəssisələrə yönəldilməni, əməliyyatlar üçün növbələri aradan qaldırmaqla, dövlət müəssisəsində həm Sumqayıt, həm də ətraf rayon, şəhər əhalisinin xidmətə əlçatanlığını təmin edəcək”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun