Tibbi xəbərlər
Sumqayıt Tibb Mərkəzində 9 ay ərzində 3 milyondan çox tibbi xidmət göstərilib
Tibbi xəbərlər
95

Sumqayıt Tibb Mərkəzində 9 ay ərzində 3 milyondan çox tibbi xidmət göstərilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzi (STM) cari ilin 9 ayı ərzində şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən E-saglam.az-a verilən məlumata görə, STM-in tabeliyində olan tibb müəssisələrinə 9 ay ərzində əhali tərəfindən 1 milyon 132 min 569 müraciət qeydə alınıb. Bu müraciətlərdən 1 milyon 109 min 607 ambulator, 22 min 962-si isə stasionar müraciətlərdir.

Xidmətlərə gəldikdə, bu müddət ərzində əhaliyə 3 milyon 301 min 404 tibbi xidmət göstərilib. Bunlardan 2 milyon 430 min 403-ü ambulator, 871 min 101-i isə stasionar xidmətlərdir.

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun