Tibbi xəbərlər
Stomatoloqa gedərkən bir seansda neçə dişi düzəltdirmək olar?
Tibbi xəbərlər
899

Stomatoloqa gedərkən bir seansda neçə dişi düzəltdirmək olar? - AÇIQLAMA

Bir anda müalicə oluna biləcək dişlərin sayının müəyyən edilməsi bir neçə faktordan asılıdır. Bununla bağlı stomatoloq, üz-çənə cərrahı və stomatoloji klinikanın baş həkimi Veronika Melexova məlumat paylaşıb. 

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, stomatoloq Melexova bir ziyarətdə neçə dişin müalicə oluna biləcəyini  açıqlayıb. 

Ağıl dişləri istisna olmaqla, ümumi olaraq 32 dişin hamısı bir seansda müalicə edilə bilər. Amma burada nəzərə alınmalı bir neçə şey var. Diş həkimi kreslosunda xəstənin ağzı açıq vəziyyətdə uzun müddət qalmaq temporomandibular oynağın, çənənin əzələ və bağlarının vəziyyətinə mənfi təsir göstərə bilər.

Diş həkimi kreslosunda optimal vaxt bir saat yarımdan iki saata qədərdir. Protez işləri apararkən bu müddət artırıla bilər. Həkim adətən bir anda bir, iki və ya maksimum üç dişə diqqət yetirərək müalicəyə başlayır. Bu onunla bağlıdır ki, qısa müddət ərzində iki və ya üçdən artıq dişi keyfiyyətcə müalicə etmək demək olar ki, mümkün deyil.

Diş həkimi çənə oynağının vəziyyətinə qayğı göstərməyin vacib olduğunu vurğuladı və onu həddən artıq yükləməməyi tövsiyə etdi. Çünki bu, ağırlaşmalara səbəb ola bilər və müalicə prosesini gecikdirə bilər. Həmçinin, stomatoloji kresloda uzun müddət diş və ağızda mövcud problemlərin kəskinləşməsinə səbəb ola bilər.
Kök kanalının müalicəsinə xüsusi diqqət yetirilməlidir. Ön dişlərdə iki dişin eyni vaxtda müalicəsi məqsədəuyğundur, arxa dişlərdə isə birdən çox dişin müalicəsi risklidir ki, bu da prosedurun keyfiyyətinə təsir edə və fəsadlar yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun