Soyuq havalarda immunitetimizi gücləndirmək üçün necə qidalanmalıyıq?
Mövzu ilə bağlı E-saglam.az-a Qida eksperti Fərid Səfərov danışıb.
İmmunitetimizi gücləndirmək üçün əsas qaydaları təqdim edirik:
- C vitamini ilə zəngin qidalar qəbul edin: itburnu, pomidor, soğan, yaşıl bibər, qırmızı bibər, cəfəri, brokoli, gül kələmi, ispanaq, portağal, limon, naringi, kivi kimi qidalar C vitaminin ən güclü qaynaqlarıdır.
- Sink immunitet sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirir, enerjili və pozitiv olmağa kömək edir: hinduşka əti, balqabaq tumu, dəniz məhsulları, küncüt, fındıq, badam, qoz, fıstıq sink ilə zəngindir.
- Kalsium və proteinlə zəngin qidalanın. Kalsium su balansını təmin edir, şişkinliyi azaldır: süd, qatıq, kefir, ayran, pendir, yumurta, ət, toyuq, balıq ən yaxşı protein mənbəyidir.
- B12 vitaminin azlığı sinir sisteminin zədələnməsinə, depressiyaya, yaddaş itkisinə səbəb ola bilər: yumurta, ət, balıq, süd, pendir, qatıq kimi qidalarda B12 vitamini vardır.
- Balıq, qoz, kətan toxumu, avakado, pərpətöyün kimi qidalarda Omega 3 var.
- D vitamini səviyyəsini nəzarətdə saxlamaq vacibdir, bunun üçün qızıl balıq, yumurta, süd və.s kimi qidalar qəbul etmək olar.
- Bağırsaqlarımızın düzgün işləməsi üçün tərkibində probiotik olan qidalar qəbul edin: qatıq, kefir, pendir, alma sirkəsi.
- Davamlı şəkildə su için.
- Davamlı və düzgün yuxu rejimi qurun. Nizamsız yuxu immunitet sisteminə mənfi təsir göstərir və orqanizmin düzgün işləməməsinə səbəb olur.
- Mütəmadi fiziki aktivlik.
Könül Oruc