Tibbi xəbərlər
Soyuq hava ürək xəstələrinə necə təsir edir?
Tibbi xəbərlər

Soyuq hava ürək xəstələrinə necə təsir edir? Nələrə diqqət etməli?

Kardiologiya mütəxəssisi Prof. Dr. Bilal Boztosun soyuq havaların ürək xəstələri üçün ciddi risklər yaratdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, damar spazmı və infarkt riskinin artdığını vurğulayaraq, ürək xəstələrinin mütləq bədənlərini isti saxlamalı olduqlarını qeyd edib.

Soyuq havada çölə çıxmaq risklidir

Ürək xəstələri mümkün qədər soyuq havada çölə çıxmamalıdır. Əgər çıxmaq məcburiyyətindədirlərsə, günün daha isti saatlarını seçməli və çöldə az vaxt keçirməlidirlər. Uzun müddət soyuğa məruz qalmaq sinə ağrısı, ürək döyüntüsü və infarkt riskini artıra bilər.

Geyim və qidalanmaya diqqət edilməlidir

Çölə çıxarkən qalın geyinmək, şərf istifadə edərək soyuq havanın ağciyərlərə təsirini azaltmaq vacibdir. Həmçinin, sağlam qidalanma qaydalarına riayət edilməli, həkimlə məsləhətləşmədən qida rasionu dəyişdirilməməlidir.

Dərman istifadəsi və həyat tərzi

Soyuq havanın mənfi təsirlərini azaltmaq üçün siqaretdən uzaq durmaq, fiziki hərəkətləri tənzimləmək və dərmanları vaxtında qəbul etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun