Xəstəliklər
Soyuq əl və ayaqların əsas səbəblərindən biri:
Xəstəliklər
1573

Soyuq əl və ayaqların əsas səbəblərindən biri: Raynaud xəstəliyi nədir?

Raynaud xəstəliyi soyuq əl və ayaqların əsas səbəblərindən biri ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis Dr. Selin Turan bu xəstəliyin qan dövranı pozğunluğu nəticəsində yaranan bir vəziyyət olduğunu və daha çox qadınlarda müşahidə edildiyini bildirib.

Bu xəstəlik soyuq havalarda və stresli vəziyyətlərdə damarların həddindən artıq daralması ilə əl, ayaq barmaqları, burun və qulaqlar kimi bölgələrdə qan axınının azalmasına səbəb olur. Bu, həmin nahiyələrdə rəng dəyişikliyi (ağ, mavi, qırmızı), soyuqluq və bəzən ağrı ilə müşayiət olunur.

Raynaud xəstəliyinin yayılma səbəbləri:

Genetik meyl

Autoimmün xəstəliklər

Stress

Siqaret çəkmək

Titrəyən əl alətlərindən istifadə

Qorunma yolları:

Soyuqdan qorunmaq üçün əlcək və qalın geyimlərdən istifadə edin.

Tütün və kofein istehlakından çəkinin.

Müntəzəm məşq edin və stressi idarə edin.

Həkimin tövsiyə etdiyi dərmanları istifadə edin.

Raynaud xəstəliyi olan şəxslər mütləq soyuq havalardan özlərini qorumalı və simptomların pisləşməsinin qarşısını almaq üçün tədbirlər görməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun