Tibbi xəbərlər
Söyüdlü kənd sakinlərinin tibbi müayinələri təşkil edilib
Tibbi xəbərlər
178

Söyüdlü kənd sakinlərinin tibbi müayinələri təşkil edilib

Gədəbəyin Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə səhiyyə orqanları tərəfindən Söyüdlü kənd sakinlərinin tibbi müayinələri təşkil edilib.

E-saglam.az xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası tərəfindən Söyüdlü həkim tibb məntəqəsində yerli sakinlərin tibbi müayinələri aparılır.

Həkim briqadasının tərkibinə terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislər daxildir.

İndiyədək müayinədən keçmək üçün müraciət edən 30 nəfərədək vətəndaşın hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və onlarda xüsusi patologiyalar aşkar edilməyib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun