Daha aşağı sosial-iqtisadi statusa malik şəxslərdə daha yüksək sosial-iqtisadi mənsubiyyətə malik olanlarla müqayisədə erkən başlanğıc demensiyanın inkişaf riski üç dəfə daha yüksəkdir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, erkən başlayan demensiya dedikdə 65 yaşdan əvvəl nəzərdə tutulur. Tədqiqatlar dünyada 30-64 yaş arasında olan 3,9 milyon insanın erkən başlanğıc demensiyadan əziyyət çəkdiyini təxmin edib.
Lancet Sağlam Uzunömürlülük jurnalında dərc edilən və Çinin Huazhong Elm və Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən aparılan son araşdırmaya görə, aşağı sosial-iqtisadi mənsubiyyətə mənsub insanlar erkən başlanğıc demensiyadan üç dəfədən çox əziyyət çəkirlər. Demensiya degenerativ psixi xəstəliklər qrupuna aiddir, burada normal qocalmadan kənara çıxan idrak funksiyasının ciddi itkisi var. Onun simptomlarına çaşqınlıq, əhval dəyişikliyi, uzunmüddətli yaddaş itkisi və bədən funksiyalarının tədricən itirilməsi daxildir. Alzheimer demansın ən çox yayılmış formasıdır.
Rui Li və həmkarlarının müəllifi olduğu araşdırmada iştirakçıların sosial-iqtisadi vəziyyətini müəyyən etmək üçün onların ev təsərrüfatlarının gəlirləri, ən yüksək təhsil ixtisasları və məşğulluq statusları nəzərdən keçirilib. Bundan əlavə, iştirakçının siqaret çəkib-çəkmədiyini, spirtli içki qəbul edib-etmədiyini, fiziki aktivlik səviyyəsini və pəhrizini qiymətləndirərək onun həyat tərzini və nə qədər sağlam olduğunu da nəzərə alıb.
Tədqiqatlar göstərir ki, dünyada 30-64 yaş arasında olan 3,9 milyon insan erkən başlanğıc demensiyaya malikdir və hər 3 milyon 70 min insana erkən demensiya diaqnozu qoyulur. Tədqiqatların əksəriyyəti ilk növbədə gənc insanlarda demansın əhəmiyyətini azalda bilən gec başlayan demensiyaya diqqət yetirilməsi ilə bağlıdır.
Tərücmə etdi: Könül Oruc