Tibbi xəbərlər
“Sonar Farm” gömrük qaydalarını pozduğu üçün
Tibbi xəbərlər
198

“Sonar Farm” gömrük qaydalarını pozduğu üçün cərimələndi

“Sonar Farm” MMC malların saxlanca qoyulması və saxlanc qaydalarını pozduğuna görə cərimələnib.

E-saglam.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, uzun illər Azərbaycanın dərman bazarında mövcud olan “Sonar Farm” MMC Bakıda, eyni zamanda bölgələrdə aptek və topdan satış sahəsində fəaliyyət göstərir.  Şirkət daha əvvəl də inzibati xəta törətdiyinə görə cərimələnib. (iqtisadiyyat.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun