Son günlərdə uşaqlar arasında yayılan virus - Adenovirus nədir?
E-saglam.az pediatr Günay Rəsulovanın yazısını təqdim edir.
Son günlərdə uşaqlarda gözlərdə qızarıqlıq, hərarətin yüksəlməsi, qarın getmə (ishal) ilə gedən infeksiyalar yayılıb. Adenovirus adlanan bu virus uşaqlara hava damcı yolu ilə əsasən xəstə şəxslərdən keçir.
Qorumaq üçün çox adam olan yerlərdən, xəstə şəxslərdən uşaqları uzaq tutmaq lazımdır.
Müalicəsi yalnız simptomatikdir. Əlamətlərə uyğun aparılır. Bol maye verilməsi həm virusun bədəndən çıxmasına, həm ishalla itirilən mayenin əvəz edilməsinə faydalıdır.