Xəstəliklər
Son günlərdə ölkədə yayılan virus infeksiyası ilə bağlı
Xəstəliklər

Son günlərdə ölkədə yayılan virus infeksiyası ilə bağlı həkimdən xəbərdarlıq

E-saglam.az xəbər verir ki, bu barədə nevroloq Mirzə Qaraşov öz sosial şəbəkə hesabında yazıb.

“Artıq bir neçə xəstədə pnevmoniya, plevropnevmoniya ilə fəsadlaşmalara rast gəlirəm. Xüsusən də xəstəliyini ilk gündən “parasetamol”  ilə müalicə edib, hərarətinin normallaşmasını görüb arxayınlaşanlarda”, - o qeyd edib.

Həkim bildirib ki, döş qəfəsində bir tərəfli ağrı olarsa, “paslı” bəlğəm ifrazına rast gəlinərsə, ilk gündən həkimə müraciət etmək lazımdır:

“Bu əlamətlər artıq sizdə 100 faiz pnevmoniya olduğunu göstərir. Özünüz bacarmaya bilərsiniz. Düzgün müalicə olunduqda isə qısa müddətdə 3-4 gün ərzində yaxşılaşma almaq mümkündür”.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun