"Paytaxt Bakıda gündəlik çağırış sayları da kifayət qədər çoxdur. Gün ərzində yalnız Bakı üzrə təcili və təxirəsalınmaz yardım üçün 2000-2500 çağırış qeydə alınır".
E-saglam.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb:
"Onlardan 62 min 598-i təxliyə olunub. Təəssüf ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb. 9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub.
Bu da müəyyən qədər yüklənmə yaradır. Bu gün Bakı şəhəri üzrə gündəlik olaraq 130-135 ambulans xəttə buraxılır. Ümumilikdə, respublika üzrə təxminən 1000-ə qədər ambulans istismardadır".
Könül Oruc