
İngiltərədə aparılan bir araşdırma, şokolad kistləri (endometrioz) olan qadınların müxtəlif immun sistemi xəstəliklərinin inkişaf riskinin əhəmiyyətli dərəcədə artdığını ortaya qoydu.

E-saglam.az xəbər verir ki, Oksford Universitetinin də daxil olduğu komanda, İngiltərə Biobankından əldə edilən məlumatlarla 8000-dən çox endometrioz hadisəsi və 64.000 otoimmün xəstəlik hadisəsini araşdırdı.
Şokolad kistləri ilə romatoid artrit, çölyak xəstəliyi və dağınıq skleroz (MS) kimi otoimmün xəstəliklər arasında güclü genetik əlaqələr müəyyən edilmişdir. Tədqiqat nəticələrinə görə, endometrioz diaqnozu qoyulmuş qadınlarda otoimmün xəstəliklərin inkişaf riski 30-80 faiz artır.
Professor, Oksford Universitetinin Qadın və Reproduktiv Sağlamlıq Departamentinin rəhbəri. Dr. Krina Zondervan araşdırmanın müxtəlif xəstəliklər arasında bioloji körpülər qurduğunu ifadə edərək, "Şokolad kisti ilə osteoartrit və romatoid artrit kimi xəstəliklər arasında bioloji əsaslı əlaqə qurduq", - dedi. Zondervanın fikrincə, tapıntılar bəzi dərmanların müxtəlif xəstəliklər üçün yenidən təyin edilməsinə və birləşmiş müalicələrin inkişafına zəmin yarada bilər.
Endometrioz, uşaqlığın xaricində uterusun selikli qişasına bənzər toxumaların böyüməsi zamanı baş verir. İngiltərədə təxminən 1,5 milyon qadına təsir edən bu vəziyyət şiddətli ağrı və həddindən artıq yorğunluq kimi simptomlarla özünü göstərə bilər.
Tədqiqatçılar xəstəliyin həm fiziki, həm də immun sistemi ilə əlaqəli təsirlərini daha yaxşı başa düşmək üçün bu cür genetik tədqiqatların vacibliyini qeyd edirlər.
Tərcümə: Könül Oruc