Qidalanma
Şöbə müdiri: "AQTA bütün tapşırıq və çağırışları tam olaraq icra etdi
Qidalanma

Şöbə müdiri: "AQTA bütün tapşırıq və çağırışları tam olaraq icra etdi

“Pandemiya dövründə sahibkarların idxal-ixrac əməliyyatlarının xidmətlərindən yararlanması üçün mütəmadi tədbirlər həyata keçirildi. Ötən ildən müraciətlərin elektron qaydada qəbul edilməsi istiqamətində lazımi tədbirlər yekunlaşdı”.

E-saglam.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri Orxan Mikayıl “Təhlükəsiz qida” onlayn verilişində deyib.

Şöbə müdiri qeyd edib ki, pandemiya dövründə ölkədə ərzaq təhlükəsizliyinin qorunması, ərzaq qıtlığının və ticarət dövriyyəsinin sərbəst şəkildə həyata keçirilməsi və digər istiqamətdə lazımi addımlar atıldı:

“Bu dövr ərzində Agentlik lazım olan bütün tapşırıq və çağırışları tam olaraq icra etdi. Ölkədə əhalinin sağlam və təhlükəsiz qida ilə təminatında öz üzərinə düşən işi layiqincə yerinə yetirə bildi. Kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı ötən il yüksək statistik göstərici oldu. Bu il də həmin tendensiyanın davam etdirilməsi nəzərdə tutulur”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun