Yandex watch
SMA xəstəliyi nədir, qarşısını necə almaq olar?

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca SMA (Spinal Muscular Atrofy) xəstəliyi və onun müayinəsi ilə bağlı açıqlama verib.

Emlakbazari.az

E-saglam.az xarici mətbuata istinadən xəbər verir ki, yeni doğulan körpələrdən daban qanı alaraq SMA üçün müayinə ediləcək. 

Nazirin sözlərinə görə, erkən dövrdə nə qədər çox nəticə əldə edilsə, hər yeni doğulmuş körpə üçün bu skrininqə başlama ehtimalı bir o qədər yüksəkdir.

SMA taraması nədir?

SMA genetik irsi xəstəlikdir. Skrininq proqramı nikahdan əvvəl daşıyıcı cütlükləri müəyyən etmək məqsədi daşıyır. Bu sayədə körpənin xəstə doğula biləcəyi barədə ailələrə məlumat verilə və doğumdan əvvəl tədbir görülə bilər.

SMA nədir?

SMA hərəkət sinir hüceyrələrindən (motor neyronlar) yaranan sinir-əzələ xəstəliyidir. 3 mərhələdə görülən SMA xəstəliyinin ən təhlükəlisi SMA Tip 1 adlanan mərhələdir. SMA Tip 1 xəstəliyinin simptomları uşaqlıqdan görünə bilər.

Bu simptomlara udma və nəfəs almaqda çətinlik, dəstək olmadan otura bilməmək kimi problemlər daxildir. Bundan əlavə, qohum evlilikləri ilə yaşlı nəsillərdə xəstəliyin baş vermə riski arta bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az