Udma çətinliyi, tibb dilində disfagiya, yaşlı insanlarda və Parkinson, Alzheimer, insult kimi nevroloji xəstəlikləri olan şəxslərdə tez-tez rast gəlinən problemdir.
E-saglam.az xəbər verir ki, baş və boyun xəsarətləri, əzələ zəifliyi və bəzi xərçəng növləri də bu vəziyyəti yarada bilər.
Disfagiyanın simptomları:
- Udma zamanı ağrı və ya çətinlik
- Qidanın boğazda və ya sinədə ilişib qalması
- Səsin kəsilməsi və ya öskürək
- Kilo itkisi və susuzluq
- Aspirasiya pnevmoniyası və boğulma riski
Həll yolları:
- Yavaş yemək və yeməyi yaxşı çeynəmək
- Boğaz məşqləri və sağlamlıq mütəxəssisləri ilə məsləhətləşmə
- Əsas xəstəliklərin müalicəsi
Disfagiyanın simptomlarını nəzərə almaq və vaxtında tədbir görmək həyat keyfiyyətini yaxşılaşdıra və ciddi fəsadların qarşısını ala bilər.
Könül Oruc