Xəstəliklər
Sizdə bu əlamətlər varsa, qaraciyəriniz
Xəstəliklər

Sizdə bu əlamətlər varsa, qaraciyəriniz TƏHLÜKƏDƏDİR

Qaraciyəri “lal orqan” adlandırırlar. Qaraciyərdə sinir ucları yoxdur bu səbəbdən bu orqan ağrımır. Ağrı yalnız qaraciyər böyüyəndə və öz kapsulunu dartanda əmələ gəlir.

Lakin qaraciyərdə problemlərin olmasına bəzi digər simptomlar işarə edə bilər.

Bu simptomlar arasında:

- Dilin üzərində ərp

E-saglam.az bildirir ki, qaraciyər xəstəlikləri zamanı dilin üzərində qalın sarı və ya sarılı-yaşıllı ərp əmələ gələ bilər.  

- Ürəkbulanması

Ürəkbulanması ilə yanaşı bəzi qidala ikrah hissi yarana bilər, iştaha pozula və ya tam itə bilər, qusma da mümkündür.

- Nəcisin açıq rəngdə olması

Bu çox ciddi və təhlükəli simptomdur. Bu simptom qaraciyərin zədələnməsi və həmçinin mədəaltı vəz və öd yollarında xoşagəlməz proseslərə işarə edə bilər.

- Qanaxmalar

Qaraciyər patologiyaları zamanı qan laxtalanması proseslərində pozulmalar inkişaf edə bilər ki, nəticədə xəstədə burun qanaxmaları, qadınlarda menstrual qanaxmaların artması və s. ola bilər.

- Dərinin, gözlərin, selikli qişaların saralması

Bu hepatit və hətta qaraciyər sirozuna işarə edə bilər.  

- Ağızda acı dad

Bu simptomun da xroniki xarakter alması müxtəlif qaraciyər xəstəliklərinə və hətta qaraciyər xərçəngi və sirroza işarə edə bilər. (saglamolun.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun