Faydalı
Siqaret çəkməyin ziyanını necə azaltmaq olar?
Faydalı

Siqaret çəkməyin ziyanını necə azaltmaq olar?

Siqaret çəkməyin ziyanını bir sıra üsullarla müəyyən qədər zəiflətmək olar.

E-saglam.az həmin üsulları təqdim edir: 

Qırmızını seç

Bəlkə də sizin üçün sürpriz olacaq. Lakin qırmızı və çəhrayı rəngli meyvə və tərəvəzlər sizə bunda kömək edir. İlk növbədə pomidor, bibər, qarpız, qreyprfrut ye.

Onların hamısında qan dövranını yaxşılaşdıran və tütünün yanmasından əmələ gələn ziyanlı məhsullar üçün antidot olan karotinoid likopin var.

Həmçinin kivi, çiyələk və kələmə də önəm ver. Onlar siqaret çəkərkən bədəndə azalan C vitamini ehtiyyatını bərpa edir. Qeyd edək ki, limon və apelsində bu vitamin azdır.

Siyah tut

Xaotik yox, müəyyən müddət ərzində siqaret çək. Bioloji saatını siqaret çəkməklə uyğunlaşdır. Bu zaman bədənin siqaretin oluşdurduğu zəhərli məhsullarla və qırla mübarizə aparmağa hazırlaşır. Məsələn, onları yox edən fermentlər ifraz edir.

Hər iki saatdan bir siqaret çəkməyə çalış. Lakin əsas şərt, bu rejimə riayət etmək və normal yuxu yatmaqdır.

Səhərlər başla

Siqaret çəkməyə yox, onun zərərini azaltmağa. Səhərlər (axşamlar da olsa daha əla) iradənə hakim olub kontrast duş qəbul et. O sənin tütün tüstüsündən əziyyət çəkən qan dövranına yaxşı təsir edəcək

Həmçinin dabanlarını bərk fırça ilə sürtə də bilərsən – effekt eyni olacaq.

Hərəkət etmə

Və ən son. Gəzərkən və qaçarkən siqaret çəkmə. Çünki bu zaman qan daha sürətli dövr edir və nəticədə zərərli maddələr bədəninə sürətlə yayılır.

Mənbə: gent.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun