Tibbi xəbərlər
Siqaret beyini kiçildir -
Tibbi xəbərlər
156

Siqaret beyini kiçildir - Alimlər sübut etdi

Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri siqaretin beyin ölçüsünü azaltdığını aşkar ediblər.

E-saglam.az xəbər verir ki, onların araşdırmasının nəticələri Biological Psychiatry: Global Open Science jurnalında dərc olunub.

Yaxşı xəbər budur ki, siqaretdən imtina beyin toxumasının daha da itirilməsinin qarşısını ala bilər, lakin siqareti buraxmaq beyni orijinal ölçüsünə qaytarmır. Müəlliflərin fikrincə, insan beyni qocaldıqca təbii olaraq həcmini itirdiyinə görə, siqaret əslində beynin vaxtından əvvəl qocalmasına səbəb olur.

Son vaxtlara qədər elm adamları siqaretin beyinə təsirini görməməzlikdən gəlirdilər, çünki onlar siqaretin ağciyərlərə və ürəyə verdiyi bütün dəhşətli təsirlərə diqqət yetirirdilər. Amma onlar beyni daha yaxından öyrənməyə başlayanda məlum oldu ki, siqaret də beyin üçün çox zərərlidir.

Tapıntılar siqaret çəkənlərin nə üçün yaşa bağlı zehni zəifləmə və Alzheimer xəstəliyi riskinin yüksək olduğunu izah etməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun