Tibbi xəbərlər
Sinə qabırğası kəsilmədən ürəkdə əməliyyat mümkün oldu - Azərbaycanda
Tibbi xəbərlər

Sinə qabırğası kəsilmədən ürəkdə əməliyyat mümkün oldu - Azərbaycanda

Ürək-damar cərrahı Uzm. Dr. Özgür Kocamaz yeni texnologiya ilə sinə sümüyü kəsilmədən qapalı ürək əməliyyatlarının icrası prosesindən danışıb.

E-saglam.az xəbər verir ki, uzman cərrah bildirib ki, açıq ürək əməliyyatları uzun zamandır böyük texniki dəyişikliklər göstərmədi:

“Standart əməliyyatlar sinə sümüyü kəsilərək icra olunur. Sinə sümüyünün kəsilməsi bəzi ağırlaşmalara səbəb ola bilər. Sümüyün kəsilməsi böyük miqdarda qanaxmaya, qan itirilməsinə gətirib çıxara bilir. Döş sümüyünün bitişməsi uzun çəkdiyinə görə xəstələr bir neçə ay ancaq arxası üstə yatmaq məcburiyyətində qalırlar və bu da xəstələrdə kürək ağrısı, yuxu pozuntusu yaradır.

Ən çox qorxduğumuz isə sinə sümüyünün bitişməməsi və infeksion ağırlaşmasıdır ki, uzun müddət stasionarda müalicə tələb edir və yüksək faiz ölümə səbəb olur. Son 3 ildə sinə sümüyü kəsilmədən edilməyə başlanan əməliyyatlar isə yuxarıda qeyd olunan ağırlaşmalara çözüm oldu. Yeni texnologiya ilə artıq sinə sümüyü kəsilmədən bütün ürək əməliyyatlar klinikamızda icra olunur”./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun