Siçanlarla genlərimiz eynidir? Tibbi araşdırmalarda niyə onlardan daha çox istifadə olunur?
Siçanlarla genlərimiz eynidir? Tibbi araşdırmalarda niyə onlardan daha çox istifadə olunur?

Siçanlar tibbi tədqiqatlarda xüsusi və mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, insanlar kimi, siçanlar da məməlilərə aiddirlər və onların bədənləri yaşlanma kimi bir çox oxşar proseslərdən keçir və infeksiya və xəstəliklərə qarşı oxşar immun reaksiyalarına malikdir.

Onların hormon (endokrin) sistemləri də bizimkinə çox bənzəyir. Onlar həm də insanlarla birlikdə tam genomu ardıcıllıqları (WES) tərtib edilmiş ilk növlərdən biridir. Bundan öyrəndik ki, onlar öz genlərinin təxminən 80 faizini bizimlə paylaşırlar. Yəni genetik olaraq 80% eyniyik.

Bununla yanaşı, siçanların hamiləlik dövrlərinin qısa olması və çoxalması sürətli olduğundan araşdırmaların müddətini qısaltmış oluruq.

© Elşad Əhmədzadə

E-saglam.az