Yandex watch
Siçan qızdırması: Hansı orqanları

Siçan qızdırması, həmçinin böyrək sindromlu hemorragik qızdırma olaraq bilinən xəstəlik, əsasən siçanların nəcisləri və tullantıları vasitəsilə yayılır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu xəstəlik siçanların yediyi qida və qablaşdırmadakı zəhərli maddələrdən ötürülür. Xüsusilə taxta evlərdə, gəmiricilərin qidaya çıxışı daha geniş olduğu üçün bu risk artır.

Mütəxəssis İrina Volgina, siçan qızdırmasının qan damarlarının və böyrəklərin iltihabına səbəb olduğunu açıqlayıb. Xəstəlik, xüsusilə böyrək glomerulinin zədələnməsi ilə əlaqəlidir. Bu, şişkinlik və sidik miqdarının azalması ilə nəticələnir. Lakin bəzi hallarda, əksinə, sidik çox miqdarda ifraz oluna bilər. Xəstəlik müalicə olunmazsa, böyrək çatışmazlığına səbəb ola bilər, amma vaxtında müdaxilə ilə orqan zədələnməsi kompensasiya edilə bilər.

Volgina, xəstəliyin klassik əlamətləri, yəni yüksək temperatur və qanaxmaların nadir olduğunu qeyd edib. Bu, xəstəliyin əksər hallarda çox yüngül keçdiyini və simptomların gecikərək ortaya çıxdığını bildirir. Asemptomatik, qeyri-klassik hemorragik qızdırma halları isə ciddi nəticələrə yol açır. Bu mərhələdə həkimlərin sidikdəki dəyişiklikləri müşahidə etməsi, lakin xəstəliyi tam olaraq diaqnoz etmələri çətin ola bilər.

Son olaraq, mütəxəssis, açıq klinik əlamətlərin olmaması səbəbilə xəstəliyin vaxtında aşkar edilməməsinin ciddi fəsadlara yol açacağına diqqət çəkib.

Tərcümə: Könül Oruc

E-saglam.az