Tibbi xəbərlər
“Səyyar briqadalar vasitəsilə 53 minə yaxın doza vaksin vurulub” – RƏSMİ
Tibbi xəbərlər

“Səyyar briqadalar vasitəsilə 53 minə yaxın doza vaksin vurulub” – RƏSMİ

"Peyvəndlənmə prosesi tam sürətlə, Vaksinasiya Strategiyasına uyğun uğurla davam etdirilir".

E-saglam.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, insanlar arasında vaksinasiyaya maraq artıb: "Vaksin olunmaq üçün vətəndaşlar randevu sistemindən istifadə etməklə peyvəndlənə bilərlər. TƏBİB tərəfindən aprelin 2-dən başlayaraq tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədi ilə səyyar briqadalar vasitəsilə də peyvəndlənmə aparılır".

TƏBİB rəsmisi bildirib ki, bu günə kimi onlarla özəl və dövlət qurumlarından daxil olan müraciətlərə əsasən səyyar briqadaların köməkliyi ilə vaksinasiya aparılıb: "İndiyədək səyyar vaksinasiya briqadasının vasitəsilə ümumilikdə 52 826 doza vaksin istifadə olunub. Onlardan 35 925 nəfəri 1-ci, 16 902 vətəndaş isə 2-ci dozanı qəbul edib”.

“Hazırda Koroğlu metrostansiyası yaxınlığında yerləşən "Bravo" supermarketində əhalinin peyvəndlərə rahatlığı və əlçatanlığının təmini məqsədilə növbəti səyyar briqada təşkil edilib.

Gün ərzində vətəndaşlar burada fəaliyyət göstərən vaksinasiya məntəqəsinə müraciət edərək peyvəndlənə biləcək. Könüllü vaksinasiya prosesində insanlarımızın iştirakının daha da artması üçün 18 yaşından yuxarı hər kəsi çəkinmədən vaksinasiyada iştiraka dəvət edirik”, - E.Baxış qeyd edib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun