Tibbi xəbərlər
Şəxsin ölümündən sonra orqanlarının bağışlanması ilə bağlı razılıq ərizəsinin forması
Tibbi xəbərlər
896

Şəxsin ölümündən sonra orqanlarının bağışlanması ilə bağlı razılıq ərizəsinin forması təsdiqlənib

Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib.

E-saglam.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir:

- ürək

- ağciyər (ürək-ağciyər kompleksi)

- böyrəklər

- qaraciyər

- mədəaltı vəz

- mədə

- bağırsaqlar

- uşaqlıq

- yuxarı və aşağı ətraflar

- sümüklər

- dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri

- sümük iliyi

- gözün buynuz qişası

- kök hüceyrələri

Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd edilməlidir.

Qeyd edək ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun