Tibbi xəbərlər
Şəxsi istifadə üçün xaricdən dərman gətirilməsinə məhdudiyyət qoyulub? -
Tibbi xəbərlər
335

Şəxsi istifadə üçün xaricdən dərman gətirilməsinə məhdudiyyət qoyulub? - RƏSMİ AÇIQLAMA + VİDEO

Son günlər sosial şəbəkələrdə xaricdən ölkəmizə reseptsiz dərmanların gətirilməsinə məhdudiyyət tətbiq edilməsi ilə bağlı xəbərlər yayılıb.

E-saglam.az xəbər verir ki, məsələ ilə bağlı Xezerxeber.az-a Səhiyyə Nazirliyinin Analitik Ekpertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib ki, qüvvədə olan qanuna görə, Azərbaycana gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda, o cümlədən ölkədə dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

S.Fərzullayev vurğulayıb ki, təsdiq edilmiş reseptdə yazılan dərmanları yalnız orada qeyd olunan miqdarda ölkəyə gətirmək olar.

Şöbə müdiri əlavə edib ki, yalnız gömrük orqanları tərəfindən bir sıra hallarda dərman vasitələri ölkəyə gətirilən zaman miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilə bilər.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, “Dərman vasitələri haqqında” Qanuna əsasən, Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Bu zaman heç bir sənəd tələb olunmur.

Ətraflı süjetdə:

İstinad: Oxu.Az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun