Tibbi xəbərlər
Sevinc Heydərova ilə bərabər 10-a yaxın
Tibbi xəbərlər
319

Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın LİSENZİYASI LƏĞV EDİLDİ

Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.

E-saglam.az xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib. 

Qərara əsasən, Sevinc Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub. 

Əldə etdiyimiz məlumata görə, Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. 

Lent.az Sevinc Heydərova ilə əlaqə saxlamağa çalışsa da telefona köməkçisi cavab verib. 

O, açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra Bakıya qayıdacağını qeyd edib. 

Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib. 

"İnternational Medical Centre"dən də saytımıza bu barədə açıqlama verilməyib. 

E-saglam.az

 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun