Yandex watch
Səs batması 3 həftədən çox

Qaradəniz Texniki Universiteti (KTU) Tibb Fakültəsi Qulaq-Burun-Boğaz Bölümünün dosenti Prof. Dr. Hatice Bengü Çobanoğlu bildirib ki, qırtlaq xərçənginin ilk əlaməti təkcə səs batması ola bilər. O qeyd edib ki, 3 həftədən çox davam edən səs batması mütləq xəstəxanada yoxlanmalıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki , Prof. Dr. Çobanoğlu deyib ki, səs batması həm sadə bir xəstəliyin əlaməti, həm də ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Onun sözlərinə görə, insan səsini çox zorladıqda da səs batması yarana bilər:

“Məsələn, müəllimlər çox dərs dedikdə, səs telləri gərginləşir və bu, batmaya səbəb olur. Lakin bizi ən çox narahat edən siqaret istifadəsinə bağlı yaranan, uzun müddət davam edən səs batmasıdır. Bu halların arxasında, Allah eləməsin, bəzən qırtlaq xərçəngi də dayanır.”

Çobanoğlu vurğulayıb ki, qırtlaq xərçənginin ilk əlaməti yalnız səs batması ola bilər və buna görə də 3 həftədən artıq davam edən batma halı mütləq tibbi yoxlamadan keçirilməlidir.

Dosent əlavə edib ki, polip və ya düyün kimi xoşxassəli səbəblərdə səs terapiyası və cərrahi müdaxilə ilə problemin qarşısı alınır:

"Əgər altda yatan səbəb qırtlaq xərçəngidirsə, əvvəlcə biopsiya aparılır və diaqnoz qoyulur. Erkən mərhələdə olan qırtlaq xərçəngləri ağız içindən lazerlə çıxarılıb, xəstə həmin gün evə buraxıla bilər. Ancaq irəliləmiş mərhələlərdə radioterapiya, cərrahiyyə və hətta qırtlağın tam çıxarılması lazım ola bilər."

"Xərçəngdən yox, gecikməkdən qorxmalıyıq"

Çobanoğlu qeyd edib ki, qırtlaq xərçəngində səs batması udqunma çətinliyi ilə də müşayiət oluna bilər:

"Qulağa vuran ağrılar, nəfəs almaqda çətinlik və boyunda şişkinlik kimi əlamətlər yarana bilər. Əgər qrip və infeksiyaya bağlı olmadan uzun müddət keçməyən səs batması varsa, xəstə mütləq mütəxəssisə müraciət etməlidir.

Xüsusilə siqaret çəkən və spirtli içki istifadə edən şəxslər bu əlamətlərə ciddi yanaşmalıdırlar. Unutmayaq: Xərçəngdən deyil, gecikməkdən qorxmalıyıq."

Tərcümə: Zəhra Niftiyeva

E-saglam.az