Xəstəliklər
Şəkərli diabetdən necə qorunmaq olar? -
Xəstəliklər

Şəkərli diabetdən necə qorunmaq olar? - Qaydaları

Rafinə şəkər və ağ un məhsullarından meyvə və kəpəkli məhsullara keçid qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir.

E-saglam.az xəbər verir ki, diabet genetik və ətraf mühit faktorlarından asılıdır. Bununla belə, sağlam qidalanaraq və idman etməklə qan şəkərinizi lazımi səviyyədə saxlaya bilərsiniz.

İlk addım şəkərli işlənmiş qida və içkilərdən uzaq durmaq və ağ un çörəyindən tam buğdaya keçmək olmalıdır.

Rafinə şəkər və taxıllarda lif və vitamin hissələrini itirdikləri üçün tərkibindəki qida maddələrinin miqdarı azdır. Məsələn, ağ un, ağ çörək, ağ düyü, ağ undan hazırlanmış makaron və pasta məhsulları, şəkərli içkilər, qənnadı məmulatları, şəkərli səhər yeməyi dənli məhsulları bu kateqoriyaya aiddir.

Sağlam bir yemək planında tərəvəz, meyvə, lobya və bütün taxıl məhsulları istehlak edilir. Sağlam yağlar, qoz-fındıq, omeqa-3 ilə zəngin, somon və sardina kimi yağlı balıqlar da əlavə edilə bilər.

Müntəzəm fasilələrlə yemək yeməyi vərdiş halına gətirmək və tox olanda dayandırmaq da sağlam qidalanmanın mühüm nümunəsidir.

Həftədə 2,5 saat idman etmək qan şəkərini tarazlaşdırır.

Fiziki məşqlər də qan şəkərini aşağı salır.

Hər həftə 2 saat yarım aerobika etmək tövsiyə edilir, o cümlədən sürətli gəzinti və pilləkənlərlə qalxıb enmək.

Sağlam bir çəki aralığında olmaq qan şəkərini azaltmaqda da təsirlidir.

Əgər arıqlamağınız lazımdırsa, bunu həftədə yarım kiloqramdan bir kiloqrama qədər yavaş-yavaş etmək daha sağlam hesab olunur.

Bundan əlavə, siqaret çəkməmək və xolesterin səviyyəsinə nəzarət də ürək xəstəlikləri riskini azaldır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun