Tibbi xəbərlər
Şəkər və xərçəng xəstəliyinin 1 nömrəli səbəbi
Tibbi xəbərlər
6356

Şəkər və xərçəng xəstəliyinin 1 nömrəli səbəbi açıqlandı

Endokrinoloq Svetlana Kalinçenko bildirib ki, insulin dirənci zamanı hüceyrələr insulinə qarşı daha az həssas olur və nəticədə insulin çatışmazlığı yaranır. Bu da mədəaltı vəzinin daha çox insulin istehsal etməsinə səbəb olur.

E-saglam.az xəbər verir ki, artan insulin miqdarı qanda piylənmə, çəki artımı və iltihabların yaranmasına yol açır. Bu vəziyyət isə müxtəlif xassəli şişlərin inkişafına təkan verə bilər.

İnsulin dirənci və şişlərin meydana gəlməsi arasında birbaşa əlaqə vardır, çünki insulin hormonu mutagenik təsir göstərə bilir. Bu səbəbdən insulin həm xoş, həm də bədxassəli şişlərin yaranmasında rol oynayır.

İnsulin dirəncinin yaranmasının səbəblərindən biri D vitamini əskikliyi ola bilər. D vitamini çatışmazlığı orqanizmdə insulin reseptorlarının fəaliyyətini zəiflədir, bunun nəticəsində orqanizm daha çox insulin istehsal etməyə başlayır.

Bundan əlavə, yağ turşuları və Omeqa 3-nün çatışmazlığı oksidləşdirici stresi artırır. Bu çatışmazlıqlar vaxtında müalicə edildikdə aradan qaldırıla bilər.

Günel

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun