Tibbi xəbərlər
Səhiyyə Nazirliyinin vəzifələri artırılıb
Tibbi xəbərlər
234

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.

E-saglam.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Səhiyyə Nazirliyinin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

- “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;

- Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;

- dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;

- tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun