Tibbi xəbərlər
Səhiyyə Nazirliyinin mütəxəssisinə yeni vəzifə verilib
Tibbi xəbərlər
111

Səhiyyə Nazirliyinin mütəxəssisinə yeni vəzifə verilib

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.

Mərkəzdən E-saglam.az-a verilən məlumata görə, Araz İbrahimov tibb qurumunun Urologiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İbrahimov Araz Sabir oğlu 1988-ci il avqustun 16-da Zaqatala şəhərində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində oxuyub. 2011-2016-cı illərdə rezidentura təhsilini ATU-da davam etdirib. A.İbrahimov 2021-ci ildən başlayaraq isə doktorantura təhsilini almağa başlayıb.

O, həkim-uroloq kimi 2011-2013-cü illərdə Respublika Klinik Xəstəxanasında, 2013-2016-cı illərdə ATU Tədris Cərrahiyə Klinikasında, eləcə də bir sıra özəl klinikalarda fəaliyyətini davam etdirib. İbrahimov eyni zamanda Səhiyyə Nazirliyinin mütəxəssisi olub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun