Tibbi xəbərlər
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda
Tibbi xəbərlər
332

Səhiyyə Nazirliyində keçirilən əməliyyatda kimlər saxlanıldı? - YENİLƏNİB

Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb.

E-saglam.az Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.

***

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

E-saglam.az Bakupost.az-a istinadən məlumat verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun