“Ötən il psixi və ya davranış pozğunluğu ilə əlaqəli ilk dəfə qeydə alınan 18 yaşa qədər uşaqların sayı 2 629 nəfər təşkil edib”.
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
Nazirlik rəsmisi bildirib ki, 0-13 yaş arasında olan belə uşaqların sayı isə 1 946 olub: “Bu rəqəmlərin tendensiyası artmağa doğru gedir. Pandemiya ilə ələqəli belə faktlar çox oldu. Ən çox bullinqə 12-18 yaş arasında olan uşaqlar məruz qalır. Belə hallar adətən yeniyetməlik dövründə müşahidə olunur".