Xəstəliklər
Səhiyyə Nazirliyi: Antibiotiklərdən pərakəndə istifadə acı fəsadlara səbəb olur
Xəstəliklər
152

Səhiyyə Nazirliyi: Antibiotiklərdən pərakəndə istifadə acı fəsadlara səbəb olur

“Dünyada hər il 700 mindən çox insan antibiotik preparatlarına qarşı dayanıqlılığı üçün həyatını itirir”.

E-saglam.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, nəticədə milyonlarla vəsait məhz antibiotik preparatlara dayanıqlılığa görə iqtisadi itkiyə yol açır: “Yeni növ koronavirus pandemiyası antibiotik preparatlarından istifadənin azaldılmasının vacibliyini bir daha gündəmə gətirib. Antibiotiklərdən pərakəndə istifadə acı fəsadlara səbəb olur. Aiddiyəti qurumlar arasında təşkil edilən bu cür görüşlər antibiotiklərin pərakəndə istifadəsi probleminin həlli üçün vacibdir".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun