Xəstəliklər
Səhiyyə nazirinin müavini valideynləri uşaqlarını peyvəndləməyə çağırıb
Xəstəliklər
223

Səhiyyə nazirinin müavini valideynləri uşaqlarını peyvəndləməyə çağırıb

"Bəzi xəstəliklərin təməli uşaq yaşlarında qoyulur. Vaxtında müayinə və müalicə olarsa, gələcəkdəki ağırlaşmaların, ölüm hallarının qarşısını almaq olar".

E-saglam.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peyvəndlənmə həmişə insanların həyatını qurtarmağa hesablanıb: "Uşaqlıqda olunan peyvəndlərin sayəsində vərəm, difteriya və s. kimi xəstəliklərin gələcəkdə artmasının və mövsümi xəstəliklərin qarşısını alır. Maarifləndirmə nəticəsində peyvəndlərə etibarlı yanaşma var. Çünki dünyada xəstəliklərin gedişatında peyvəndlərin önəmi sübut olunub. Təhsilin yüksək olduğu ölkələrdə peyvəndlərə etibar var".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun