Tibbi xəbərlər
Səhərlər yorğun oyanmağın
Tibbi xəbərlər
589

Səhərlər yorğun oyanmağın üç mühüm səbəbi

Səhər yataqdan qalxmaqda çətinlik çəkirsinizsə, bir neçə vərdiş dəyişikliyi ilə bunu düzəldə bilərsiniz.

E-saglam.az xəbər verir ki, Stanford Universiteti Tibb Fakültəsinin Neyrobiologiya Bölümü Professor Dr. Andrew Huberman deyir ki, səhər ilk hərəkətləriniz bütün gün ayıq qalmağa kömək edə bilər.

Budur Dr. Hubermanın təklifləri:

Təbii işıq alın

Dr. Hubermanın fikrincə, yuxudan oyanan kimi ediləcək ilk iş təbii işıq almaqdır. Oyandıqdan sonra ilk saatda çölə çıxmaq bədənin təbii dəstəyi olan kortizolu aktivləşdirir. Cəmi beş-on dəqiqə çöldə olmaq 24 saatlıq kortizol dövründə sağlam artım təmin edir. Bu vərdiş ayıqlıq səviyyənizi, diqqətinizi və əhvalınızı müsbət təsir edir. Gün işığından istifadə etməmək yuxu rejiminin pozulmasına və səhər yorğun oyanmağınıza səbəb ola bilər. Lampalar və telefon ekranları təbii işığı əvəz etmir və müntəzəm yuxu üçün kifayət deyil.

Kofein istəyinizi gecikdirin

Səhər yorğun oyandığınız zaman dərhal qəhvə içmək əvəzinə, ilk kofein qəbulunu oyandıqdan sonra ən azı 90 dəqiqəyə təxirə salın. Dr. Huberman bildirir ki, beynimizdəki adenozin adlı kimyəvi maddə bizi yuxulu hiss etdirir və kofein bu kimyəvi maddəni bloklayır. Oyandıqdan dərhal sonra qəhvə içmək adenozin yığılmasının qarşısını ala bilmədiyi üçün yorğunluq hissini davam etdirə bilər.

Bədənin temperaturunu artırın

İsti bir mühitdə yataqda yatmaq yataqdan qalxmağı çətinləşdirə bilər. Bədən istiliyi oyanmazdan əvvəl bir qədər yüksəlir və gecənin ortasında ən aşağı nöqtəyə çatır. Oyanmaq üçün bədən istiliyini artırmaq lazımdır. Səhər idmanı bədən istiliyini artırmağın ən təsirli üsuludur. İdman etməyi sevmirsinizsə, soyuq duş qəbul edə bilərsiniz. Dr. Huberman deyir ki, soyuq su bədən istiliyini artırır, sizi oyadır və dopamin ifrazına zəmin hazırlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun