Stomatoloq İqor Zolotnitski səhər yeməyindən əvvəl dişlərinizi fırçalamağı, sonra isə ağız qarqarasından istifadə etməyi məsləhət görür.
E-saglam.az xəbər verir ki, bu barədə o, "Moskva 24" telekanalına müsahibəsində bildirib .
Onun sözlərinə görə, ağız boşluğundakı müxtəlif xəstəliklərin inkişafının qarşısını almaq üçün gündə iki dəfə (səhər və axşam) 2-3 dəqiqə dişlərinizi fırçalamalısınız.
“Mütəxəssislər səhər yeməyindən əvvəl dişlərinizi fırçalamağın daha yaxşı olduğunu məsləhət görürlər. Dişi yeməkdən öncə fırçalamaqda məqsəd, ağızdakı bakteriyaları çıxarmaqdır. Çünki səhər yeməkdən öncə diş fırçalanmadığı zaman, turşu istehsalı prosesi artır və sonradan diş minası məhv edilir. Yeməkdən sonra isə ağzınızı qarqara ilə yaxalamaq məsləhətdir”, - ekspert izah edib.
Axşam yatmazdan əvvəl, son yeməkdən sonra dişlərinizi fırçalamalısınız. Bu, kariyes inkişaf riskini azaldır.
Tərcümə etdi: Könül Oruc