Qidalanma
Səhər yeməyi niyə vacibdir?
Qidalanma
191

Səhər yeməyi niyə vacibdir?

Səhər yeməyindən imtina ürək-damar xəstəliklərindən ölmə riskinin artması ilə düz mütənasibdir.

E-saglam.az xəbər verir ki, müvafiq tədqiqatın nəticələri Amerika Kardioloqlar Kollecinin jurnalında çap olunub.

Mütəxəssislər "National Health and Nutrition Examination Survey" proqramı çərçivəsində keçirilmiş sorğuların nəticələrini təhlil ediblər. Sorğularda 40-75 yaşları arasında 6,5 mindən artıq amerikalı iştirak edib. Sorğular 1988-1994-cü illərdə keçirilib.

Məlum olub ki, uzun müddət ərzində səhər yeməklərindən imtina edən insanlar piylənməyə, xolesterinin səviyyəsinin, qan təzyiqinin artmasına, həmçinin ikinci tip şəkər diabeti və metabolizmin pozulmasına meylli olurlar. Bu amillər öz növbəsində ürək-damar xəstəliklərinin inkişafına təsir göstərirlər.

Mütəxəssislər vurğulayırlar ki, tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb./publika.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun