Həkim-fitoterapevt Fizuli Hüseynov şəfalı şərbətlərin hazırlanma qaydası haqqında sosial şəbəkədə məlumat verib.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, demək olar ki, bütün xəstəlikləri əhatə edən bu içkilərin hazırlanma və istifadə qaydalarına diqqətlə riayət etdikdə faydalı nəticələr əldə etmək mümkündür.
Zəncəfil – sirkə – bal
Əgər sizdə ürəkbulanma, baş-gicəllənmə, köpmə, osteoporoz, revmatizm, sidik-cinsiyyət orqanlarında iltihab, digər iltihabi xəstəliklər, allergiya, şəkər, qan dövranı pozulması, qadınlarda aybaşı pozulması, ağız və boğaz yaraları kimi xəstəliklər varsa, belə bir şərbət hazırlanır:
Təzə zəncəfil – 50 qram;
Alma sirkəsi (təbii) – yarım stəkan;
Bal – 1 stəkan.
Əvvəlcə zəncəfil sürtgəcdən keçirilir, suyu çıxarılır, sonra tərkib hissələri və zəncəfilin şirəsi, bir-birinə qarışdırılıb gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Şərbət soyuducuda saxlanılmalıdır. Şəkər xəstələri balı yarım stəkan götürsünlər.
Sarımsaq – sirkə – bal
Tez-tez xəstələnmə, əsasən də yuxarı tənəffüs yollarının xəstəlikləri, bağırsaq qurdları, yüksək təzyiq, əl-ayaq barmaqlarınızda göbələk, yüksək xolesterin hallarında, xərçəngin müalicə və profilaktikasında, tez-tez yara və çiban əmələ gəlirsə, öd durğunluğunda, cinsi zəiflikdə, saçların tökülməsində, əsəb pozulmasında, qan qatılaşmasında, iştahsızlıqda, herpes infeksiyanın müalicəsində istifadə olunan şərbət belə hazırlanır:
Sarımsaq (yerli) – 10 diş;
Alma sirkəsi (təbii) – 1 stəkan;
Bal – 1 stəkan.
Sarımsaq sürtgəcdən keçirilir, tərkib hissələri bir-birinə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Göbələk və herpes zamanı gündə 2 dəfə xaricə sürtülür.
Bal - Limon
C vitamini çatışmazlığı zamanı, qaraciyərin, mədə-bağırsağın şlaklardan təmizlənməsi üçün, böyrək və öd daşlarında, görmə zəifliyində, kalsium, dəmir, fosfor çatışmazlığında, ağız və diş əti, dəri yaralarında, düşüncə, yaddaş və diqqət zəifliyində belə şərbət hazırlanır:
1 xörək qaşığı bal, 1 ədəd limonun təzə sıxılmış şirəsinə qarışdırılır, üstünə su tökülərək 1 stəkan həddinə çatdırılır. Gündə 1 dəfə səhər yeməyindən 1 saat əvvəl içilir.